“Tramp Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayıracaq” Ekspert ŞƏRHİ

“Tramp Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayıracaq” Ekspert ŞƏRHİ

"Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaza yönəlik xarici siyasətinin müsbətə doğru dəyişəcəyi gözlənilir". SİA-nın məlumatına görə, bunu beynəlxalq əlaqələr üzrə amerikalı ekspert Piter Tase deyib.

O, Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayıracağına ümid edir: "Çox güman ki, Donald Trump Nümayəndələr Palatasının sabiq spikeri, təcrübəli siyasətçi Nyuta Gingriçi ABŞ-ın dövlət katibi təyin edəcək. Trampın Azərbaycanda yatırımları var, indi onun biznesini şübhəsiz ki, övladları idarə edəcək. Tramp Azərbaycanla bağlı məsələlərə, ilk növbədə isə çoxsaylı insanın həlak olmasına gətirib çıxaran Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılmasına xüsusi diqqət ayıracaq. Biz çox ümid edirik ki, Birləşmiş Ştatların yeni prezidenti bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini prioritet məsələ kimi irəli sürəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə