"Vəzifəli şəxs qanunu pozursa, işdən azad edilməlidir" Parlamentdən TƏKLİF
"Yaşıllıqların məhvi ilə əlaqədar daha sərt addımlar atılmalıdır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fərəc quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
Yasamal rayonunda bir gecədə 40 ağacın kəsildiyini qeyd edən millət vəkili qeyd edib ki, Milli əclisdə bu cür öroblemlərin qarşısının alınması ilə bağlı qanunlar qəbul olunsa da onlara əməl edilmir: "Biz qanunları dəyişirik, amma bina tikən zaman yaşıllıqlar qırılır. Bu əməlləri törədən adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzərində qalmamalıdır".
Daha sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırda meşələrin qırılması ilə bağlı qanunsuz faktların sayı çoxalmaqdadır: "Əvvəllər yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, lakin indi məsələ ilə bağlı qanunsuzluq halları artıb. Bunun qarısının alınması üçün sərt tədbirlər görülməsi vacibdir".
Məsələ ilə bağlı fikrini bildirən millət vəkili Qüdrət Həsənquliyev Bakı şəhərində oksigen çatışmazlığını yaşıllıqların az olması ilə əlaqələndirib: "Bakıda oksigen çatışmazlığı var və bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığı naminə yaşıllıqları qorumalı və artırmalıyıq. Bu baxımdan yaşıllıqların qırılması ilə əlaqədar sanksiyalar daha da sərtləşdirilməlidir. Qanuna əsasən ağacları kəsən vəzifəli şəxslər min manat cərimə olunur. Lakin bu problemin həllini aradan qaldırmayacaq. Çünki, həmin şəxslər ağacı kəsdikdən sonra həmin məbləği ödəyəcək və bununla da cəzası bitmiş olaaq. Hesab edirəm ki, vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən çıxarılması olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB