TürkPA-nın yeni binası dekabrda açılacaq

TürkPA-nın yeni binası dekabrda açılacaq

Astanada Qazaxıstan Respublikası Parlament Məclisinin Sədri, Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Fəaliyyətdə olan sədri cənab Nurlan Niqmatulin TürkPA-nın Baş katibi Jandos Asanovu qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, TürkPA-nın Fəaliyyətdə olan Sədri Assambleyanın fəaliyyətinin gələcək inkişafının əhəmiyyətini qeyd edib. Görüş zamanı 22 dekabrda Bakıda keçiriləcək TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimi ilə əlaqədar hazırlıq işlərinə də toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə