Politoloq: "Ermənistanda "konstitusiya dəyişiklikləri” cəfəngiyatdır" AÇIQLAMA

Politoloq: "Ermənistanda "konstitusiya dəyişiklikləri” cəfəngiyatdır" AÇIQLAMA

"Ermənistanın işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin adının "konstitusiya dəyişiklikləri" deyilən qurama proses çərçivəsində dəyişdirilərək "Artsax respublikası"adlandırılması cəfəngiyyatdan başqa bir şey deyil və onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Artıq bir sıra aparıcı dövlətlər, o cümlədən də Rusiya və Fransa da rəsmi şəkildə bəyan etdilər ki, onlar qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımırlar və bu niyyətdə də deyillər". Bunu SIA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağa hansısa ad verməsi heç kim, cümlədən də Azərbaycan üçün əhəmiyyət daşımır: "Bütün bunların arxasında dünya ictimaiyyətini öz problemlərinə cəlb etmək niyyəti dayanır. Ermənistan bu addımla boş təşəbbüsə al atıb və ona görə də heç bir nəticə əldə edə bilməyəcək. Hazırda Ermənistanda vəziyyət mürəkkəb və gərgin olaraq qalır. Qurama "Konstitusiya dəyişikliklər"i vitrini dəyişmək məqsədi daşıyır. Kadr dəyişiklikləri, baş nazir olmaq məqsədi Parlament Respublikasının yenidən təsdiq edilməsi düşünmürəm ki Ermənistanın və erməni xalqının sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxara bilər. Çünki erməni xalqı artıq Sarkisyan hakimiyyətindən yorulub və doyub. Mənə elə gəlir ki , Sarkisyan hakimiyyəti son dövrünü yaşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə