Tramp: “Bu, çox ədalətsizlikdir!” ETİRAZLAR

Tramp: “Bu, çox ədalətsizlikdir!” ETİRAZLAR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin bir sıra nəhəng şəhərlərində onun dövlət başçısı postuna seçilməsinə qarşı başladılmış etiraz aksiyalarını ədalətsizlik adlandırıb. SİA xəbər verir ki, Tramp bu barədə tvitter səhifəsində yazıb. Belə ki, o baş verənlərdə əsas günahkar kimi ölkə KİV-lərini günahlandırıb.

"Açıq və uğurlu prezident seçkiləri baş tutdu. Hazırda etiraz edənlər peşəkar nümayişçilərdir. Onlar buna KİV-lərin təhriki ilə gediblər. Bu, çox ədalətsizdir!"-deyə Tramp bildirib.

Qeyd edək ki, etiraz aksiyaları prezident seçkilərinin nəticələri rəsmən elan olunduqdan sonra baş qaldırıb. Etirazlar əsasən Los-Ancelesdə, Feniksdə, Filaldedlfiyada, Portlenddə və ABŞ-ın digər şəhərləərində davam edir. O cümlədən, Trampa qarşı nümayişlər Nyru-Yorkun Yunion Skver parkında da keçirilib. Nümayişin təşkilatçıları etirazçılara Vaşinqton və Baltimor, eləcə də Viskonsk universiteti etirazçılarına qoşulmağa çağırış ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə