Millət vəkili: "Azərbaycan ABŞ üçün müstəsna əhəmiyyət daşıyan bir dövlətdir" AÇIQLAMA

Millət vəkili: "Azərbaycan ABŞ üçün müstəsna əhəmiyyət daşıyan bir dövlətdir" AÇIQLAMA

"Amerika xalqı respublikaçıların namizədi Donald Trampı prezident seçməklə demokratların müəyyən, lakin pis olan daxili və xarici siyasətindən imtina edib, xoş ümidlər doğura biləcək qeyri-müəyyənlik dövrünə qədəm qoydu. Əslində yeni administrasiyanın xarici siyasət xəttinin necə olacağı digər ölkələr üçün də qeyri-müəyyəndir. Lakin siyasi tarixin təcrübəsi göstərir ki, pis müəyyənlikdən imtina edib, yaxşı ola bilməsi ehtimalı yüksək olan qeyri-müəyyənlik dövrünə qədəm qoymaq mənfi hal olmayıb, manevrlər üçün imkanları artırır. Buna tarixdən çoxlu misallar gətirmək olar". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

O, qeyd edib ki, ABŞ-da bəlli oturuşmuş sistem olduğu üçün partiya mənsubiyyətindən asılı olmayaraq, prezident seçilən şəxs adətən xarici siyasət xəttini dəyişdirə bilmir: "Ona görə də çox vaxt "İki partiyalı, lakin tək məqsədli xarici siyasət" deyirlər. Hesab edirəm ki, Tramp praqmatik bir şəxs olduğundan onun hakimiyyəti illərində ABŞ-ın xarici siyasətində yersiz ideoloji və hissiyatlı addımlardan tədricən, müəyyən bir çərçivədə geri çəkilmənin şahidi ola bilərik".

Millət vəkili bildirib ki, Azərbaycan Respublikası ABŞ üçün geosiyasi, geoiqtisadi və digər baxımlardan müstəsna əhəmiyyət daşıyan bir dövlətdir: "Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlıq Birləşmiş Ştatların yalnız faydasına olar. Əks-təqdirdə digər ölkələr onun yerini tutmaq üçün cəhd edərlər. Bu isə Vaşinqtona xeyir verməz".

Bütün xəbərlər Facebook səhifəmizdə