Trampla əməkdaşlığa ümid edirik Əli Həsənov - SƏS TV

Trampla əməkdaşlığa ümid edirik Əli Həsənov - SƏS TV

ABŞ xalqı öz seçimini etdi və Donald Trampı 45-ci prezident seçdi. Bu, Amerika xalqının seçimidir və bu seçimə bütün dünya birliyi kimi Azərbaycan da hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O bildirib ki, Azərbaycan Prezidenti Trampa təbrik məktub ünvanlayıb.

Ə.Həsənov deyib ki, ABŞ-la Azərbaycan arasında çox səmərəli əməkdaşlıq sahələri var: "Bunlarln sırasında enerji sahəsində beynəlxalq əməkdaşlığı, regional və beynəkxalq nəqliyyat kommunikasiya, təhkükəsizlik sahəsində əməkdaşlığı qeyd etmək olar. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azəvaycanın ən böyük gözləntisinə gəldikdə ABŞ Minsk qrupunun üzvlərindən biridir. Azərbaycan Prezidentinin də təbrikində qeyd edilib ki, Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə dinamizin gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına ümid edir. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə