BAXCP rəsmisi: "Trampın qələbəsi Azərbaycan radikal müxalifətinin ümidlərini darmadağın etdi" AÇIQLAMA

BAXCP rəsmisi: "Trampın qələbəsi Azərbaycan radikal müxalifətinin ümidlərini darmadağın etdi" AÇIQLAMA

"Amerikada keçirilən prezident seçkilərin də Donald Trapın qələbə çalması Azərbaycan da fəaliyyət göstərən radikal müxalifəti çox pis duruma saldı. Demək olarkı bu dəqiqə radikal müxalifət şok vəziyyətindədir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib

BAXCP rəsmisinin sözlərinə görə, onlar bütün ümidlərini Hilar Klintona bağlamışdılar: "Həm də indiki vəziyyətdə həm radikal müxalifət, həm də qrantyeyən təşkilatlar hesab edirdilər ki, ABŞ maliyə təminatının davam etməsi prosesində heç bir problem olmayacaq. Əsas naharacılıq da buna görədır. Təsəvvvür edin ki, seçkinin nəticələri bir çox ştatlarda bəlli olandan sonra Əli Kərimli və Xədicə İsmayıl öz narahatçılığını açıq şəkildə sosial şəbəkə də bildirdilər. Hətta iş o yerə gəlib çatmışdı ki, Xədicə İsmayıl seçkinin nəticələrinə görə, Amerikadan narahat olduğunu belə gizlətmirdi. Yəni, göründüyü kimi, çox gülməli eyni zaman da bunların ciddi şəkildə narahatçılığının ifadəsi idi. Bir sözlə Trampın qalib gəlməsi Azərbaycan radikal müxalifətinin ümidlərini darmadağın etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə