Millət vəkili: “Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu artıracaq” AÇIQLAMA!

Millət vəkili: “Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu artıracaq” AÇIQLAMA!

Millət vəkili Tahir Mirkişili ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən, Donald Trampın prezident seçilməsindən sonra hər iki olkə arasındakı münasibətlərin gələcək taleyindən danışıb. Millət vəkili T.Mirkişili qeyd edib ki, Azərbaycan ABŞ münasibətləri həmişə strateji xarakter daşıyıb: "Bu vaxta qədər bir çox sahələrdə Azərbaycanla ABŞ arasında çox ciddi əməkdaşlıq mövcud olmuşdur. Bu, həm müxtəlif proqramlarda, həm regional təhlükəsizliyin təmin olunmasında, həm də iqtisadi layihələrdə özünü göstərmişdir. Ona görə də mən hesab edirəm ki, ABŞ-da demokratların və yaxud respublikaçıların namizədinin prezident seçilməsi iki dövlət arasındakı uzun illərdir davam edən strateji mütəffiqliyə xələl gətirə bilməz. Donald Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu, ölkəmizin iqtisadi layihələrdəki xüsusi əhəmiyyətini artıracaqdır. Bizim gözləntilərimiz də bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə