Xalq Sarkisyanın yalanlarına inanmır ERMƏNİ ANALİTİKLƏR YAZIR

Xalq Sarkisyanın yalanlarına inanmır ERMƏNİ ANALİTİKLƏR YAZIR

Ermənistan hakimiyyətinin qaza və elektrik enerjisinə qoyulan qiymətlərinin endirilməsi istiqamətində atdığı addımları islahat sayılmamalıdır. SİA xəbər verir ki, bu barədə 1.in.am saytının analitik şöbəsində qeyd olunur. Belə ki, erməni jurnalist Musa Mikaelyanın analitik yazısında bildirilir ki, bu gün Ermənistanda baş verən bənzər addımlar xalqın marağına xidmət etmir. SİTAT: "Bu, seçkiöncəsi sosial effektə doğru atılan addımdır və islahat hesab edilməməlidir".

"Serj Sarkisyanın və yeni baş nazir Karen Karapetyanın böhranlı idarəetmələrinin məhsuludur"

"Və burada məsələ onda deyil ki, biz, yaxid digərləri nəyinsə dəyişib-dəyişməməsinə inanırıq, ya yox. Burada problem islahatlar kimi qəbul edilməyən reallığın özündədir".-deyə qeyd edilən yazıda bildirilir ki, mövcud vəziyyət birbaşa hakimiyyətin xalq qarşısındakı oyunbazlığıdır.

Belə ki, müəllifin qeyd etdiyinə görə, enerji daşıyıcılarının qiymətlərinin aşağıya salınması sadəcə prezident Serj Sarkisyanın və yeni baş nazir Karen Karapetyanın böhranlı idarəetmələrinin məhsuludur. "Onlar ölkədənin uçuruma yuvarlanmasının qarşısını almaqdan ötrü məcburi şəkildə bu addıma gediblər"-deyə Musa Mikaelyanın "Hakimiyyət hansı oyunu oynayır?" başlıqlı analitik yazısında vurğulanır.

Aram Amatuni: "Bütün bunlardan nəticə çıxaran erməni ictimaiyyəti sonda ciddi zərərlər çəkir"

Digər analitik yazar Aram Amatuni isə qeyd edir ki, "Qazprom-Arameniya"nın qaz tarifinin aşağıya salınması istiqamətində atdığı addımlardan sonra elektrik enerjisinin qiymətinin şəxsi təşəbbüslər fonunda aşağıya salınması Ermənistan rəhbərliyinin seçkiöncəsi resurslarının mobilizəsidir. SİTAT: "Bütün bunlar cəmiyyətdə sual yaratdı ki, nəyə görə ölkə rəhbərliyi birdən-birə xalq haqqında düşünməyə başladı? Daha dəqiqi isə ictimaiyyətə bu sualın cavabı aydındır: hakimiyyət seçkilərə gedir..."

"Məsələ ondadır ki, Ermənistan hakimiyyətinin ictimaiyyətə qarşı xoşagələn addım atması çox az çəkir"-deyə qeyd edilən "İdilliya harada başa çatacaq və ondan sonra nə baş verəcək?" adlı məqalənin müllifi bildirir ki, bu kimi addımlar Ermənistanda müvəqqəti olur: "Ermənistanda korrupsiya, himayədarlıq, monopoliya olub və olacaq. Bütün bunlardan nəticə çıxaran erməni ictimaiyyəti sonda ciddi zərərlər çəkir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə