Nikaraquanın tarixi siması prezident seçildi DANİEL ORTYEQA

Nikaraquanın tarixi siması prezident seçildi DANİEL ORTYEQA

Nikaraquanın prezidenti Daniel Ortyeqa bazar günü keçirilmiş seçkilərdə yenidən ölkə başçısı postuna seçilib. SİA İtar-Tass agentliyinin Latın Amerikası bürosuna istinadən xəbər verir ki, seçkinin nəticəsinə görə, Ortyeqanın lideri olduğu "Milli azadlığın Sandinist cəbhəsi" partiyası xalqın 71,3% səsini qazana bilib. Bu barədə Nikaraquanın ali seçki şurası bəyan edib.

İkinci yerdə isə Nikaraquanın Liberal konstitusiya artiyasının lideri Maksimino Rodriqes qərarlaşıb. Ona seçicilərin 65 faizi səs verib.

Qeyd edək ki, Daniel Ortyeqa seçki mübarizəsində şəksiz favorit hesab olunurdu. Bu barədə M&R Consultants ictimai rəy sorğu mərkəzi apardığı araşdırmalardan sonra qeyd edib.

Xatırladaq ki, Daniel Ortyeqa sosialist baxışlı siyasətçi kimi ölkəsinin tarixində müstəsna yer tutan şəxslərdəndir və uzun illərdir ölkəsinə rəhbərlik edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə