Əbu Bəkr əl Bağdadinin adamı ÖLDÜRÜLDÜ

Əbu Bəkr əl Bağdadinin adamı ÖLDÜRÜLDÜ

İraqın hökumət qüvvələri Mosulun cənubunda "İslam Dövləti" (keçmiş adı "İŞİD-red.) terror təşkilatının aparıcı liderlərindən birini məhv edib. SİA-nınç məlumatına görə, bu barədə Al Arabia telekanalı informasiya yayıb.

Telekanalın xəbərinə görə, öldürülən lider əslən Əlcəzairdən olan Əbu Hamza adlı səhra komandiridir. Onun bazar günü hökumət qüvvələrinin əlinə keçmiş Hamam-əl-Əlil rayonu ərazisində öldürüldüyü bildirilir.

Əbu Hamza "İslam Dövləti"nin lideri Əbu Bəkr əl Bağdadinin yaxın ətraflarından, eləcə də ən inandığı və etibar etdiyi səhra komandirlərindən biri olduğu qeyd edilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə