İraqlı hərbçilər: “Dəhşətli silahdır!”

İraqlı hərbçilər: “Dəhşətli silahdır!”

Mosulun İŞİD terorrçularından təmizlənməsində iştirak edən iraqlı həbrçilər Rusiya istehsalı olan tank əleyhinə "Kornet" silahından vəcdə gəldiklərini bildiriblər. SİA-nın məlumatına görə, bu barədə The Wall Street Journal yazır. Amerika nəşrinin yazdığına görə, irqlılar mövcud sistemi intiharçıların bomba yüklü zirehli maşınlarına qarşı effektli şəkildə istifadə edirlər.

"İraqlı komandirin dediyinə görə, əslində bir çox silahlar var ki, terrorçuların intiharçı zirehli maşınlarını məhv edə bilər, ancaq "Kornet" 3 fut (bir mertə yazın) qalınlığında zirehli metalı dağıtmaq gücünə malikdir"-deyə adıçəkilən nəşr İraqdan hazırladığı materialında qeyd edir.

Qeyd olunur ki, iraqlılar "Kornet"i Ammerika ciplərinin damında quraşdırıblar. Mövcud sistemlər terorrçuların yerləşdikləri binalara qarşı da tədbiq edilməkdədir. Qəzetin yazdığına görə, "Kornet" tank əleyhinə silah sistemi İraq ordusunda 10 ildir ki, istifadə olunur. Hətta bu silahın effektliyi ABŞ ordusunun İraqa müdaxilə etdiyi zamanda da sübuta yetirilib. Bu baxımdan, "Kornet" Mosulun İŞİD terorrçularından azad edilməsi istiqamətində həlledici rol oynayan aparıcı silaha çevrilib. Təkcə döyüşlərin ilk həftəsində "Kornet"lərin sayəsində 120 bomba yüklü intiharçı maşını zərərsizləşdirilib. İraqlılar bu silahdan vəcdə gəldiklərini xüsusilə qeyd edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə