"Hərbi müdaxilələrimiz böyük problemlər yaradır" OBAMADAN ETİRAF

"Hərbi müdaxilələrimiz böyük problemlər yaradır" OBAMADAN ETİRAF

"ABŞ-ın bu və ya digər vəziyyətlərdəki hərbi müdaxilələri bəzi hallarda yaxşı nəticələrə doğru yönəlsə də, bir çox hallarda biz bunun əksini görürük və böyük problemlərlə qarşı-qarşıya qalırıq". SİA xəbər verir ki, bu bardə ABŞ-ın prezidenti Barak Obama HBO telekanalına müsahibəsində deyib.

"Dünyada pis şeylər baş verəndə bizim milli instiktimiz diktə edir ki, fəaliyyətə keçin"-deyən amerikalı dövlət başçısının sözlərinə görə, hərbi gücdən istifadə qərarı istənilən prezident üçün məsuliyyət çağırışıdır.

Obama hesab edir ki, silahlı qüvvələrin köməyi ABŞ vətəndaşlarının "Əl-Qaidə", yaxud "İŞİD" kimi təşkilatların hücumlarından qorunmasına hesablanıb: "Lakin burada söhbət beynəlxalq sabitliyin təməl prinsiplərinin dəstəklənməsindən gedirsə, onda beynəlxalq arenada işləmək üçün alyans əldə etmək vacibliyi yaranır".

Barak Obama sonda etiraf edib ki, ABŞ ideallıqdan və effektlikdən kənar olsa da "dünya üçün bir çox yaxşı şeylər edir..."

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə