Kadırov Ərdoğandan nə istəyir? MƏKTUB

Kadırov Ərdoğandan nə istəyir? MƏKTUB

Çeçenistanın lideri Ramazan Kadırov Türkiyənin prerzidenti Rəcəb Tayyib Ərdoğana məktub vasitəsilə müraciət edib. SİA İtar-Tass agentliyinə istinadən xəbər verir ki, buna səbəb Türkiyədə həbs olunmuş çeçen mənşəli terrorçulardır. Onların Çeçenistanda bir sıra cinayətlər törədərək, bu ölkəyə qaçdıqları məlum olub. Çeçenistan hökumətinin mətbuat xidmətindən də bildirilib ki, Ramazan Kadırov çeçenlərin rus xalqı ilə birgə Ərdoğanın sülhün və əminamanlığın qorunması istiqamətində atdığı qətiyyətli addımlarını alqışlayır: "Xüsusilə dövlət çevrilişinə cəhdin, eləcə də terrorla mübarizə siyasətinin uğurlu nəticələridir ki, onlarla təhlükəli cinayətkarlar həbs olunub. Sizdən təvəqqe ilə xahiş edirəm ki, quldurların ekstradisiyası məsələsini tezliklə həll edəsiniz".

Kadırovun sözlərinə görə, Türkiyə hökuməti tərəfindən saxlanılan Mehran Saidov, Aslanbek Vadalov və Tarhan Qaziyev Çeçenistanda fəaliyyət göstərmiş terrorçu qruplaşmalarının rəhbərləri olublar.

"Əlimizdə sübutedici dəlillər var ki, onların hər biri çoxsaylı terorr aksiyaları keçirərək hərbçilərin, polis əməkdaşlarının və mülki vətəndaşların həyatlarına qəsd edərək, onları qətlə yetiriblər"-deyə çeçen siyasi lideri məktubunda vurğulayıb.

Kadırov ekstradisiya prosesi istiqamətində Rusiya Federasiyasının baş prokurorluğunun qısa zamanda Türkiyə hökumətinə müvafiq sənədlər göndərəcəyinə də ümid etdiyini bildirib.

Çeçenistan respublikasının rəhbəri qətiyyətlə bildirib ki, çeçenlər Rusiya ilə Türkiyə arasında yaranan isti münasibətlərdən sevinir və bu addımları dəstəkləyirlər. "Biz böyük fərəhlə hissi ilə Sizin və prezident Putinin Rusiya-Türkiyə münasibətlərinin münasibətlərində yeni tarix səhifəsi açmanızdan məmnunluq duyuruq"-deyə Kadırov qeyd edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə