“Vahid aviasiya sazişi hər iki tərəf üçün faydalıdır” XİN

“Vahid aviasiya sazişi hər iki tərəf üçün faydalıdır” XİN

Avropa İttifaqı ilə Azərbaycan arasında vahid aviasiya sazişinə dair danışıqların bərpa edilməsinə razılıq verilib. Bunu SİA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. O bildirib ki, bu, hər iki tərəf üçün maraqlı sazişdir: "Çünki tərəflər qeyd edilən sahədə əməkdaşlığı, təmasları daha da genişləndirəcək. Biz Aİ üzvü olan ölkələrə uçuşlar həyata keçirə bilərik, onların Azərbaycana səfərləri arta bilər. Hesab edirəm ki, bu saziş hər iki tərəf üçün çox faydalı olacaq. İndi uçuşların sayı da çox deyil, bu sazişdən sonra yeni xətlər açıla, insanlar arasında gediş- gəliş arta bilər. Bu isə təmasların artması, təcrübə mübadiləsi deməkdir. Yəni hökumət- hökumət deyil, insanlar arasında da əlaqələr genişlənə bilər. Həmçinin, turizm sahəsində də inkişafa təsir göstərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə