Elşad Həsənov: “Azərbaycanda “siyasi məhbus” yoxdur, bunun əksini iddia edənlər...” AÇIQLAMA!

Elşad Həsənov: “Azərbaycanda “siyasi məhbus” yoxdur, bunun əksini iddia edənlər...” AÇIQLAMA!

"Azərbaycanda "siyasi məhbus" yoxdur. Bunu əksini iddia edənlər Azərbaycanın inkişafını istəməyən adamlardılar. Azərbaycanda söz və sərbəst toplaşmaq azadlığı ən yüksək səviyyədə təmin olunub. Hər bir azərbaycanlı qanunla müəyyən olunmuş formada öz hüquqlarından sərbəst şəkildə istifadə edir".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elşad Həsənov bildirib.

Radikal müxalifətin saxta "siyasi məhbus" siyahıları tərtib etməsinə münasibət bildirən millət vəkili E.Həsənov onu da qeyd edib ki, "siyasi məhbus" məsələsindən istifadə edib Azərbaycana qarşı təzyiq etməyə çalışırlar. Bu iddialar hamısı əsassızdır. Ümumiyyətlə, saxta "siyasi məhbus" siyahıları hazırlayıb ölkəmizə qarşı təxribatlar hazırlamaq, dövltimizə təzyiq etmək yolverilməzdir. Onsuz da bu, mümkün olan bir şey deyil. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda "siyasi məhbus" yoxdur və saxta siyahılar tərtib eləyib anti-Azərbaycan ruhlu bəzi xairici dairələrin maraqlarına xidmət etmək heç kimə başucalığı gətirməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə