“ABŞ Cəbhət ən Nusra” terror qruplaşmasını himayə edir” RUSİYA XİN
ABŞ rəhbərliyi terrorçularla əməkdaşlıq edərək, bundan səmərə qazanmaq cəhdlərinə son qoymalıdırlar. SİA-nın məlumatına görə, bu barədə Çinin beynəlxalq radiosuna müsahibəsində Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bizim amerikalı həmkarlarımızda belə bir illüziya mövcuddur ki, terrorçuluğu ələ almaq, tələyə salmaq olar. Bu mümkün deyil. Terrorçuluq zəhərli ilandır: sən arxanı ona çevirəcəksən və o səni vuracaq. Onlarla oynamaq olmaz"-deyə rusiyalı diplomat ABŞ-ın "Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək göstərməsi barədə verilən sualı cavablandırarkən bildirib.
Zaxarova adıçəkilən terror qruplaşmasına Qərb, eləcə də regional ölkələrin müxtəlif dairələri tərəfindən dəstək göstərilməsi barədə məlumatlı olduqlarını da vurğulayıb: "Biz yaxşı anlayırıq ki, "Cəbhət ən Nusra" terror qruplaşmasına və başqa bənzər silahı dəstələrə Qərb və regional ölkələri tərəfindən kifayət qədər dəstək və maliyyə yardımı göstərilib. Ancaq onlar terrorçudurlar, onlarla oyunbazlıq etməyə dəyməz".
Mariya Zaxarova söhbəti əsnasında belə bir ehtimal da irəli sürüb ki, ABŞ terorr qruplaşmasını himayə edir: "Bu aşkar göstəricidir ki, onlar "Cəbhət ən Nusra" terror qruplaşmasını himayə edirlər. Ümumiyyətlə, biz Vaşinqtonun bu cür davranışları ilə ilk dəfədir ki, qarşılaşmırıq".
Xatırladaq ki, "Cəbhət ən Nusra" qruplaşması radikal islamçılardan ibarət terror dəstəsidir və xüsusi olaraq "Əl-Qaidə" terror şəbəkəsinin nəzdində fəaliyyət göstərir. 2011-ci ildən Suriyada hökumət qüvvələrinə qarşı terror hücumları edir. Qruplaşma əsas məqsd kimi Bəşər Əsəd hakimiyyətini devirmək planı üszrə hərəkət edir. Daha sonra isə Suriya ərazisində əmirlik yaratmaq pkanı dayanır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB