Politoloq: “Rusiyanın qorxduğu hiss olunur” AÇIQLAMA

Politoloq: “Rusiyanın qorxduğu hiss olunur” AÇIQLAMA

"Rusiya ABŞ-la münasibətləri SSRİ dövründə olduğundan da təhlükəli səviyyədə gərginləşdirib". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, silah plutoniumu ilə bağlı müqavilənin fəaliyyətinin dayandırılması üçün Dövlət Dumasına təqdim olunması bunun göstəricisidir: "Rusiyanın şərtləri bəllidir: ABŞ siyasi xəttini korreksiya etməlidir. Özünün günahı ucbatından dünyanın siyasi, hərbi və iqtisadi balansında neqativ dəyişikliklər yaratmış şəraiti tam aradan qaldırmalı, NATO ölkələrində ABŞ hərbi infrastrukturunu ixtisar etməli, Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməlidir. RF xarici ölkələrdə hərbi bazalar yaradacağını bildirdi. Söhbət keçmiş SSRİ-nin Kuba və Vyetnamdakı bazalarından gedir. Misirdə baza yaratmaq məsələsi gündəliyə gətirildi.

SSRİ-nin sonuncu prezidenti M.S.Qorbaçov yaranmış vəziyyətdən narahatlığını bildirib. Onun fikrincə, nüvəsiz dünyanın əldə olunması üçün siyasət və beynəlxalq münasibətlər demilitarizə olunmalıdır".

M.Əhmədoğlu əlavə edib ki, RF ABŞ-ın RƏMS sisteminin imkanları barədə bəzi məlumatları açıqlayıb: "Rusiyanın qorxduğu hiss olunur. Eləcə də ABŞ Müdafiə Nazirliyi də Rusiya ordusunun bəzi üstünlüklərini lazımınca qiymətləndirmədiklərini etiraf edib. RF prezidenti Putinin fikrincə, ABŞ-ın siyasəti ucbatından ABŞ-Rusiya münasibətləri dağılır. O, ABŞ-dakı seçkiqabağı kampaniyası bitdikdən sonra münasibətlərin normallaşacağına ümid etdiyini bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə