"ABŞ-ın hərbi administrasiyasının Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi istiqamətində verdikləri bəyanatları uğursuz alınmaqla yanaşı, həm də sərsəmliyin göstəricisidir". SİA Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
"Bəs hanı gözlənilən effekt? Əməliyyata dörd ay qalmış onlar (amerikalı rəhbərlər-red.) deyirdilər, "biz Mosula doğru gedirik". Onlar bu sözlərini əməliyyatlara üç ay, iki ay qalmış da verirdilər", - deyə Tramp Şimali Karolina ştatının Selma şəhərində tərəfdarları qarşısındakı çıxışında deyib.
Trampın sözlərinə görə, Vaşinqtonda terror rəhbərinin ələ keçiriləcəyi ilə bağlı verilən bəyanatlardan sonra onlar çox yəqin ki, Mosuldan qaçıblar və indi onların izinə düşmək çətindir.
"Nəyə lazımıydı bu sözləri demək? Məgər həbri əməliyyatlar keçirdikdən sonra mətbuat konfrası keçirib nəticələr barədə məlumatlar vermək olmazdımı?", - deyə prezidentliyə namizəd sual edib.
Donald Tramp deyib ki, amerikalıları sərsəm insanlar idarə edir. O, ABŞ prezidenti Barak Obamanı da unutmayıb. Bildirib ki, prezident öz işləri ilə məşğul olması, ölkəni idarə etməsi yerinə, Hillari Klintonun seçki kampaniyasına daha çox vaxt ayırır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB