Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb
Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü"ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib. SİA-nın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. Tədbirin yekununda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.
Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB