“Joxovurd”: “Seyran Ohanyanın arvadını “mədəni şəkildə” qovublar ERMƏNİ QALMAQALI
Ermənistanın yeni təyin olunmuş səhiyyə nazirinin müavini Samvel Marqaryan ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanın nazirlikdəki binadakı kabunetində oturub. SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazıb. Nazirlikdən bildirilib ki, hazırda Xaçatryan məzuniyyətə çıxıb.
Eyni zamanda erməni nəşri yazır ki, Ruzanna Xaçatryan səhiyyə nazirinin müşaviri vəzifəsini daşıyır. Bununla bağlı "Joxovurd" nazirliyin mətbuat katibliyinin rəhbəri Anait Aytayandan yeni nazir müavininin Ohanyanın arvadının işdən çıxmadığı halda nəyə görə məhz onun kabinetində oturması barədə maraqlanıb.
Mətbuat katibinin "əlbəttə ki, yeni səhiyyə naziri onun özü tərəfindən seçilmiş kabinetdə oturacaq" ifadəsini əsas götürən qəzet Ruzanna Xaçatryanın məzuniyyətə çıxması barədə deyilən fikirlərin həqiqətə uyğun olmadığını yazıb və iddia edib ki, onu nazirlikdən "mədəni şəkildə" qovublar.
Xatırladaq ki, səhiyyə nazirinin müavini Samvel Marqaryan öz qəribə davranışları ilə seçilir. O, hər gün işə öz velosiopedi ilə getməklə yanaşı, evində saxladığı tutuquşusunu da çiynində aparır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB