Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir
Noyabrın 2-sinə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. SİA-nın məlumatına görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub. Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB