Ekspert: “Ermənistan heç cür Azərbaycanla rəqabət apara bilməz” AÇIQLAMA

Ekspert: “Ermənistan heç cür Azərbaycanla rəqabət apara bilməz” AÇIQLAMA

"Ümumiyyətlə düşünmürəm ki, Ermənistan Azərbaycana yönəlik tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəksin. Çünki Ermənistan özü-özünü idarə etmir. Rəsmi İrəvanı sadəcə olaraq idarə edənlər idarə edir. Ermənistan 100 faizlik nisbətdə götürəndə 20 faizi özündən idarə olunur, 80 faizi isə kənardan idarə olunur. Yəni işğalçı ölkəyə nə məsləhət görülürsə o həmin addımları atır". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində də əgər məsələ Ermənistana qalsa idi ölkə çoxdan bir qorxaq kimi geri çəkilmiş olardı: "Amma beynəlxalq güclərə Dağlıq Qarabağ münaqişəsinin olması lazımdır. Ona görə də onlar hələlik bu məsələnin həllinə səy göstərmir. Amerika da, Rusiya da, elə Fransanın özü də müxtəlif bəhanələrlə bu məsələni uzadırlar".

O ki qaldı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna daxil olan vəsait açıqlanmasına hesab edirəm ki, onsuzda Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə, ümumiyyətlə müdafiə və təhlükəsizlik üçün kifayət qədər vəsait ayrılır: "Hətta dəfələrlə qeyd etmişik ki, təkcə Azərbaycanda hərbiyə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən də çoxdur. Ona görə də işğalçı ölkə heç cür Azərbaycanla rəqabət apara bilməz. Nə qədər ki, Azərbaycan müstəqil dövlətdir bir o qədər də ordusuna hər zaman hansısa avadanlıq, silah-sursat lazım olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə