Belçika qondarma "erməni soyqırımı"nın kriminallaşdırılmasını istəyir
Belçika Senatının sədri Kristin Cefren ölkəsində qondarma "erməni soyqırımı"nın inkarının kriminallaşdırılmasını zəruri hesab edir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Senat sədri İrəvanda belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, Belçika parlamenti ilk Avropa ölkələri parlamentlərindən biri olaraq 1998-ci ildə qondarma soyqırımını tanıyıb: "Biz hətta daha da irəli gedib "erməni soyqırımını"nı inkara görə cinayət məsuliyyətinin tətbiqinə dair qanun layihəsi qəbul etməyə cəhd göstərdik. Uzun müddətdir ki, bu istiqamətdə işlərə başlamışıq. Ancaq hələ məqsədimizə nail ola bilməmişik. Ancaq məqsədimizə çatacağımıza ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB