Serj Sarkisyanın Ermənistan hökumətindəki "kadr dəyişiklikləri" və ixtisarlarının ardınca yenilərlə köhnələr arasında qarşıdurmalar yaşanmağa başlayıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin "Hraparak" nəşri yazır.
Erməni nəşrinin yazdığına görə, yeni təyin olunmuş rəhbərlər öz adamlarını aparata yerləşdirməyə cəhd edirlər və bunun üçün baş nazirlə məsləhətləşmələr aparırlar. Lakin son anda prezident iqamətgahından yeni kadr dəyişikliklərinin "qarşısı alınır".
Eyni zamanda, köhnələrdən ibarət məmurlar qrupu mövcuddur ki, onlar hər vəchlə sübut etməyə çalışırlar ki, ölkədə idarəçilik mühitinin yaradılmasında, qanunvericilik sahəsində və s. dövlət işlərində hakimiyyətə lazım olacaqlar.
"Yəni nazirlər dəyişdirilə bilər, ancaq məmurlar yox"-deyə yazıda qeyd olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB