Türkdilli ölkələrin Bişkek sammiti təxirə salınıb

Türkdilli ölkələrin Bişkek sammiti təxirə salınıb

Qırğızıstan hakimiyyəti bu ilin dördüncü rübündə keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(TDƏŞ) VI summitini təxirə salıb. SİA-nın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında xəbər verilir.

Məlumatda deyilir ki, daha əvvəl sammitin cari ilin dördüncü rübündə Bişkekdə təşkili planlaşdırılırdı. Sammitin yeni tarixi üzv ölkələrlə razılaşdırılacaq.

Qeyd edək ki, TDƏŞ 2009-cu ildə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə