İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər edəcək. SİA İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə Netanyahu Nazirlər Kabinetinin oktyabrın 30-da keçirilən iclasında deyib. Baş nazirin sözlərinə görə, səfər yaxın üç ay ərzində həyata keçiriləcək. O, Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək.
Məlumatda deyilir ki, baş nazir indiyə kimi adıçəkilən üç ölkəyə səfər etməyib. Azərbaycanda isə 1997-ci ildə Şərq səfərindən geri qayıdarkən yolüstü olub. Ümummili lider Heyər Əliyev o vaxt gecəyarı baş nazirlə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB