"Ankara-Moskva əməkdaşlığı problemlərin həllinə kömək edə bilər" AÇIQLAMA
"Azərbaycan-Türkiyə münasibətlərinin dərin kökləri var. Son dövrlərdə münasibətlərimizin inkişafında dinamizmi yaradan əsasən dövlət və hökumət nümayəndələrimizdir". Bu fikirləri SİA-ya millət vəkili, professor Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı açıqlamasında deyib.
O bildirib ki, Ölkə başçısının tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyəyə səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "Görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə aparılan müzakirələr ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu müzakirələr yalnız fayda verə bilər. Ümumiyyətlə, Azərbaycan Türkiyənin xarici siyasətində xüsusi yer tutur. Ölkələrimiz arasında mövcüd olan qardaşlıq münasibətləri hər iki ölkənin gələcəyi üçün əhəmiyyət kəsb edir".
Türkiyə və Rusiya yaxınlaşmasından danışan millət vəkili söyləyib ki, iki ölkə arasındakı münasibətlər regiondakı problemlərin həllinə yardım edə bilir: "Hər kəsə məlumdur ki, regionda elə problemlər var ki onların həlli Rusiya-Türkiyə münasibətlərinin vəziyyətindən asılıdır. Bu baxımdan Ankara-Moskva əməkdaşlığı bir çox məsələlərin yoluna qoyulmasına kömək edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB