XİN sözçüsü: “ATƏT-in Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək” AÇIQLAMA

XİN sözçüsü: “ATƏT-in Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək” AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına uyğun olaraq əsas məqsəd və məram Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsidir. Heç şübhəsiz ki, danışıqlar prosesi çərçivəsində dialoq mexanizmi yəni müxtəlif səviyyələrdə görüşlərin (o cümlədən də dövlət başçıları səviyyəsində) keçirilməsi danışıqlar prosesinin mühüm tərkib hissəsidir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu məsələdə də mövqeyi çox aydın, kontruktiv və qəti xarakter daşıyır. Çünki görüşlər görüş naminə olmamalıdır. Nəticə etibarilə Ermənistanın istəyi də ondan ibarətdir ki, sonsuz bir danışıqlar mexanizmi adı altında özünün işğalçılıq siyasətini davam etdirsin, status-kvonun dəyişməsinə imkan verməsin və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı prosesini həyata keçirsin. Təbii ki, bunu da başqa bir formada sanki sülh prosesi davam edir kimi don geyindirməyə çalışır. Azərbaycan belə bir prosesin tərəfdarı deyil. Əgər substantiv xarakter daşıyacaqsa və məzmunlu olaraq biz münaqişənin həlli ilə əlaqədar konkret məsələləri müzakirə edəcəyiksə o zaman Azərbaycan hər bir görüş təklifini konstruktiv müstəvidə nəzərdən keçirməyə hazırdır".

Qurum rəsmisi əlavə edib ki, ilkin addım kimi belə bir şey varki bu ilin sonunda, dekabr ayının əvvəlində ATƏT-in Xarici İşlər Nazirlərinin Almaniyada toplantısı keçiriləcək: "Təbii ki, bu əsasda Azərbaycan və Ermənistan Xİn rəhbərlərinin görüşü kimi təşəbbüs irəli sürülüb. Yəni Azərbaycanda bunu konstuktiv şəkildə nəzərdən keçirməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə