"Dağlıq Qarabağ münaqişəsi tərəfləri atəşkəs rejiminə riayət etməlidirlər". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçiriyi mətbuat konfransında deyib. O bildirib ki, aprel hadisələrindən sonra atəşkəsin pozulması halları baş verib və bu barədə tərəflərlə söhbət aparılıb: "Prezident Sarkisyanla da bu məsələnin müzakirəsini davam etdirəcəyik. Biz uzunmüddətli sülhün əldə edilməsi istiqamətində çalışırıq".
Həmsədr əlavə edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün məslələr paket şəklində müzakirə olunmalıdır: "Əgər söhbət Dağlıq Qarabağ ətrafındakı ərazilərdən gedirsə, onda status məsələsi də müzakirə olunmalıdır. Qaçqın və məcburi köçkünlərdən, beynəlxalq sülhməramlı qüvvələrin statusundan da danışmalıyıq. Bütün bu suallar müzakirə üçün açıq olmalıdır ".
Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri münaqişənin sülh yolu ilə həllini görmək istəyir. Vasitəçi əlavə edib ki, danışıqlar masasaında bəzi ideyalar var və onlar müzakirə oluna bilər: "Biz danışıqların irəliyə aparılmasında prezidentlərin siyasi iaradəsini görmək istəyirik".
Uorlik bildirib ki, Minsk qrupu prezidentlərin görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik görüşlə bağlı dəqiq tarix yoxdur: "Biz əlimizdən gələni edirik, amma prezidentlər razılaşmalıdırlar. Tərəflərdən heç biri müharibə istəmir, dövlət başçıları münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində işləməyə hazırdırlar Münaqişənin sülh yolu ilə həllinin vaxtı çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB