Klinton: “Kimsə uğursuzluğa düçar olub, biz isə irəliləməyə davam edirik” SEÇKİ MÜBARİZƏSİ

Klinton: “Kimsə uğursuzluğa düçar olub, biz isə irəliləməyə davam edirik” SEÇKİ MÜBARİZƏSİ

Respublikaçı rəqibi Donald Trampı üstələyən Demokratlar partiyasından ABŞ prezidentliyinə olan namizəd Hillari Klinton onu "uğursuz" adlandırıb. Belə ki, buna səbəb Trampın uduzacağı təqdqirdə seçkilərin nəticələrini tanımayacağı barədə verdiyi bəyanatı olub. SİA xəbər verir ki, bu barədə "interfax.ru" ABŞ KİV-lərinə istinadən yazır.

"Baxın, kimsə artıq uğursuzluğa düçar olub, biz isə irəliləməyə davam edirik" -deyə Klinton Şimali Karolinadakı seçiciləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, Tramp bu cür davranışları ilə demokratiyaya ciddi təhlükə yaradır: "Əgər sən seçkilərin nəticələrini tanımırsansa, bu birbaşa demokratiyaya vurulan zərbədir. Amerikanı Amerika edən hakimiyyətlərin bir-birinə sülh yolu və sabitliklə təhvil verilməsidir".

ABC telekanalının keçirdiyi ictimai sorğu nəticəsində isə bəlli olub ki, Klinton Trampı 12% səs çoxluğu ilə üstələyir. Lakin Trampın qərargahında məsləhətçi olan Kelli Konvey NBC telekanalına bildirib ki, onlar müəyyən dərəcədə geridə qalsalar da, mübarizə dayanmayıb. "Heç kim demir ki, mübarizə dayanıb"-deyə Trampın məsləhətçisi vurğulayıb.

Digər tərəfdən, Donald Tramp bildirib ki, KİV-lərə inanmır: "KİV-lərə inanmaq olmaz. Onlar yalnız sifarişlər əsasında işləyirlər".

Qeyd edək ki, respublikaçı namizəd daha öncələr də KİV-ləri onun seçki kampaniyası ilə mübarizədə demokratlara aşkar dəstək göstərməsində ittiham edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə