"İslam Dövləti" (keçmiş adı "İŞİD") terrorçuları İraqın Mosul şəhəri yaxınlığında 300 nəfər yeniyetmə oğlanı və kişiləri kütləvi şəkildə edam edib. SİA-nın məlumatına görə, CNN bununla bağlı qeyd edir ki, yerli əhalinin üzərinə baş verən qətliam iki gün – 20 və 21 oktyabrda davam edib. Edamlardan sonra qətlə yetirilənlər kütləvi məzarlıqda basdırılıblar. 250 nəfər qadını isə sağ saxlayan terrorçular onlarla hansı üsulda davranacaqları barədə heç nə deməyiblər.
Oktyabrın 17-də İraq hökuməti Mosulun azad edilməsi istiqamətində hərbi əməliyyatlara başlayıb. Hücumu əsas olaraq, ABŞ dəstəkləyib. Rusiya xəbər mənbələrindən isə bildirilir ki, hücumlardan sonra terrorçular təxmini hesablamalara görə, 550 ailəni canlı qalxan kimi hökumət qüvvələrinə qarşı istifadə edirlər.
Bu arada Almaniya hökuməti, daha dəqiqi isə Almaniya Federativ Respublikasının (AFR) iqtisadi əməkdaşlıq naziri Gerd Müller təmsil etdiyi dövlət instansiyası adından söz verib ki, İraq Mosulundan qaçqın düşmüş insanlara ümumilikdə 34 milyon avro pul ayıracaq. Bu pullar İraqda tibbi və humanitar yardım üçün, o cümlədən qaçqınların yerləşdirilməsi istiqamətində texniki özünəyardım xidmətinin yaradılmasına xərclənəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB