Bəxtiyar Əliyev: “Beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini dəstəkləyir” AÇIQLAMA
"Ümumiyyətlə istər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kaspşik olsun, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri olsun heç kimə sirr deyil ki, onlar bugünə qədər işağlçı Ermənistana qarşı heç bir beynəlxalq hüquq normasından irəli gələn təzyiq və təsir göstərməyiblər". Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə, həmin qurumlar yalnız Azərbaycana təzyiq və təsir göstərirlər: "Azərbaycana diqtə edirlər ki, Ermənistan sizin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal edib və siz heç Dağlıq Qarabağın ətrafındakı 7 rayonun heç birini də azad edə bilmərsiniz. Bu Ermənistana olan isti münasibətin və işğalçını dəstəkləməyin ən bariz nümunəsidir. Azərbaycan BMT, eləcə də bütün beynəlxalq təşkilatlarda dəfələrlə deyib ki, Qarabağ məsələsinin həlli ilə bağlı istənilən bir addımı təqdir edir və bu məsələni bütün tədbirlərdə müzakirə etməyə açıqdır. Amma çox təəssüflər olsun ki, hətta BMT çərçivəsində belə Azərbaycan Dağlıq Qarabağla bağlı bir məsələni qaldıranda ATƏT-in Minsk qrupunun məhz həmsədr ölkələri o layihələrin əleyhinə çıxış ediblər. Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir".
B.Əliyev hesab edir ki, Minsk qrupunun həmsədrləri artıq bu ikili standartdan, riyakar münasibətdən uzaqlaşmalıdır. Həqiqətən də bölgəyə sülhün gəlməsi üçün işğalçı ölkəyə silah vermək, onu silahlandırmaq, hətta ən müasir ballistik raketləri vermək əvəzinə Ermənistana bölgədə Azərbaycan tərəfindən sülhün və iqtisadi tərəqqinin bərqərar olmasına öz töhfəsini verməyə kömək etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB