Tramp Klintonu cinayətlar, ABŞ KİV-lərini isə korrupsiyalaşmış adlandırdı NƏTİCƏLƏRİ TANIMAYACAQ
ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə uduzacağı təqdirdə nəticələrəri tanıyıb-tanımayacağı barədə qəti qərara gəlmədiyini deyib. SİA xəbər verir ki, bu barədə "İnterfax" yazır. "Mən qərarımı zamanı çatanda verəcəm"-deyə bildirən respublikaçı namizəd bu sözlərini rəqibi Hillari Klintoqnla Las-Veqasda keçirdiyi teledebatda deyib.
Trampın sözlərinə görə, hazırkı prezident seçkilərində ABŞ KİV-ləri təmiz işləməməklə yanaşı, korrupsiyaya bulaşıblar. Namizəd digər məsələyə də toxunub: "Milyonlarla insan seçkilərdə səs vermək üçün qeydiyyata alınıblar, hansı ki, onlar qeydiyyata alınmamalıydılar".
Bundan əlavə, Tramp inanır ki, Klinton ciddi cinayətlər törədib və həmin cinayətlərin təqsirkarı özüdür. Bu baxımdan, onun seçkilərdə iştirakına imkan verilməməliydi. "Onun seçkilərdə iştirak etməsinə imkan verilməməlidir"-deyə qeyd edən Tramp növbəti dəfə xanım rəqibinin ABŞ-ın dövlət katibi olarkən şəxsi elektron poçt qutusunu istifadə etdiyini xatırladıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB