Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 26-da Beyləqan rayonunda Füzuli, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul Beyləqan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 7) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov

Mob: (050) 562-72-32

Telefon: ( 021) 24-6-62-99

Bütün xəbərlər Facebook səhifəmizdə