Politoloq: “Qərb gec-tez Türkiyəni Mosul prosesində görməyə məcbur olacaq”
"Qərbin Türkiyəni tamamilə Mosul əməliyyatından kənarda saxlamağa müvəffəq olduğunu demək olmaz. Türkiyənin Mosula bağlı Başikadaki hərbi bazasında təlim keçdiyi 2000-dək silahlı hazırda Mosul əməliyyatında iştirak edir". Bunu SİA-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyənin Mosul hərbi əməliyyatlarında iştirakına koalisya qüvvələrinin razlıq vermək istəməməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu gün sünni ərəb əşirətlərin Türkiyəni əməliyyatlarda görmək istəmələrini ifadə edən bəyanat səsləndirmələri də əslində onu ifadə edir ki, Qərb gec və ya tez Türkiyəni bu prosesdə görməyə məcbur olacaq.
Politoloq hesab edir ki, Ankaranın bu əməliyyatlarda birbaşa iştirakdan kənarda saxlanılması bir neçə səbəblə əlaqədardır: "Birinci səbəb Suriyanın şimalında Fəratın sol sahilinin türklərin nəzarətinə keçməsinə verdikəri rəsmi razılıqdan dolayı narazı qalan kürd birləşmələrinin könlünü almaqdırsa, digər səbəb rəsmi Ankaranın son zamanlarda Rusiya ilə yaxınlaşmasıdır. Üçüncü səbəb isə geostrateji nöqteyi-nəzərdən izah oluna bilər. Belə ki, Amerika Türkiyənin Suriyanın şimalından sonra, İraqın da şimalında güclənməsinə və bununla da geniş avantajlara malik olmasına heç bir vəhclə razı ola bilməz. Digər tərəfdən, Mosul – İraqın ikinci ən böyük şəhəridir. Onun türklərin ixtiyarına verilməsi münaqişədə marağı olan tərəflərdən heç birinin, hətta indiki dönəmdə müttəfiq kimi görünən Rusiyanın da maraqlarına cavab vermir. Biz hələ, İranı demirik. Qardaş ölkənin bu əməliyyatdan kənarda saxlanılmasında yalnız ABŞ və ya Qərb deyil, İran da maraqlıdır. Tehran da hazırda nəzarət altında saxladığı və istədiyi zaman həmin ərazidə aktiv şəkildə fəaliyyət göstərən şiə hərbi-siyasi hərəkatları vasitəsilə təzyiq etdiyi rəsmi Bağdadın, Türkiyə ilə müştərək şəkildə əməliyyatlara başlamasında, ümumiyyətlə, türk varlığının güclənməsində maraqlı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB