Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolundan danışdı

Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolundan danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynamağa qadirdir.

TASS agentliyi RF xarici siyasət idarəsinin başçısının bu sözlərini sitat gətirib: "Dağlıq Qarabağın təcrid vəziyyətindən çıxarılmasının, regionda normal qarşılıqlı iqtisadi əlaqələrin təmin edilməsində Türkiyənin müsbət rol oynamaq iqtidarında olması elə bir mühüm amildir ki, biz bu amili həmişə nəzərə alırıq". Nazir Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişin əldə edilməsi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün də əsas amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə