Lavrov: "Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər"
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər". SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas rol oynayır: "Əgər Ermənistan və Türkiyə əldə etdikləri razılaşmanı Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmadan yerinə yetirməyə başlasa, buna çox sevinərik. Lakin biz belə hiss edirik ki, Dağlıq Qarabağ münaqişəsində əldə ediləcək tərəqqi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün əsas məqam olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB