İrəvanda KTMT prezidentlərinin sammiti başlayıb

İrəvanda KTMT prezidentlərinin sammiti başlayıb

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sammiti başlayıb. SİA "news.am"a istinadən xəbər verir ki, iclasda Tacikistan, Qırğızıstan, Belarus və Rusiya prezidentlər səviyyəsində, Qazaxıstan isə baş nazir səviyyəsində təmsil olunur. Dövlət başçıları iclasın gedişində beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən kollektiv təhlükəsizliyin təmini kimi mövzuları müzakirə edəcək. Həmçinin, Kollektiv Təhlükəsizlik Strategiyası nəzərdən keçiriləcək.

İclasın sonunda KTMT-yə sədrlik Ermənistandan Belarusa keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə