Rusiya prezidenti Vladimir Putin Ermənistana gəlib. SİA "news.am"a istinadən xəbər verir ki, Putini hava limanında həmkarı Serj Sarkisyan qarşılayıb.
Rusiya prezidenti İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək. Sammitdə təşkilat çərçivəsində əməkdaşlıq, beynəlxalq gündəmin aktual məslələri, Ermənistanın növbəti dövr üçün KTMT-yə sədrliyi təklifi müzakirə olunacaq.
İclasın sonunda bir sıra sənədlərin qəbulu gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB