Siyavuş Novruzov: "Milli valyutamızın üzərində Ulu Öndərin şəkli olmalıdır"
"Azərbaycan milli valyutasının üzərində Ulu öndər Heydər Əliyevin şəkli olmalıdır". SİA-nın məlumatına görə, bu təklifi millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib. O qeyd edib ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: "Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB