Səxavət Əlisoy: “Müsavat partiyasının heç bir perspektivi yoxdur" AÇIQLAMA

"İsa Qəmbəri sadəlöhv müsavatçılar gündəmə gətirir”
Səxavət Əlisoy: “Müsavat partiyasının heç bir perspektivi yoxdur" AÇIQLAMA

"Ümumiyyətlə Müsavatda baş vermiş parçalanmadan sonra partiyasının rəhbərliyinə İsa Qəmbər yox, başqası da gəlsə xeyri yoxdur. Çünki orada parçalanma baş verib və bir daha da birləşmə söhbəti olmayacaq". Bunu SİA-ya Müsavat baqşanının keçmiş müşaviri, hazırda Qubad İbadoğlunun rəhbərli etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) təmsil olunan Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, İsa Qəmbərin yenidən Müsavat başqanlığına gətirilməsi məsələsi bəzi sadəlöhv müsavatçılar tərəfindən gündəmə gətirilib: "Onlar hələ də reallığı dərk edə bilməyən müsavatçılardır. Bu insanlar hələ də dərk etmir ki, bu iş artıq bitib. Müsavatın artıq bir siyasi partiya olaraq hansı vəziyyətdə olması aydındır. Müsavat partiyasının yenidən ciddi siyasi qüvvəyə çevrilməsi üçün bu gün partiyanı saxtakarlıqla işğal etmiş şəxslərin oradan çəkilməsi gərəkdir. Ömrünü partiyaya və onun yolunda qoyan fədakar, səmimi insanlar birləşib partiyaya yeni başqan seçə bilərlər. Amma indiki adamlarla Müsavat partiyasının heç bir perspektivi yoxdur və olmayacaq. Nə qədər ki, o saxtakarlar ordadırlar, hər hansı bir birləşmə, yenidən güclənmədən söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə