Millət vəkilindən etiraz

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elmira Axundova bəzi avtomobillərin arxa şüşələrinə Ulu Öndər Heydər Əliyevin imzasının həkk edildiyini deyib və bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib. SİA-nın xəbərinə görə, millət vəkili bu sevginin ürəkdə olduğunu diqqətə çatdırıb: "Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə