"Sülhün əldə olunması bütün bölgə üçün əhəmiyyətlidir" Səfir

"Sülhün əldə olunması bütün bölgə üçün əhəmiyyətlidir" Səfir

Böyük Britaniya hökümətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Biz münaqişənin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyirik. Bunu SİA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, sülhün əldə olunması nəinki Azərbaycan, bütün bölgə üçün çox əhəmiyyətlidir. Diplomat əlavə edib ki, daha insan ölümünü görmək istəməzdik: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Onlar uzun müddətdir ki, bu münaqişəni həll etməyə çalışırlar. Əgər münaqişənin həllində hər hansı bir tərəqqi olsa və ölkəyə sülh gəlsə çox yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə