Sahib Alıyev: “Sərkisyanın bir qara qəpik qiyməti yoxdur” MÜNASİBƏT

Sahib Alıyev: “Sərkisyanın bir qara qəpik qiyməti yoxdur” MÜNASİBƏT

"Ermənistan prezidenti Serj Sərkisyanın Nyu-Yorkda təşkil etdirdiyi forumun sadə dildə desək, bir qara qəpik qiyməti yoxdur və olmayacaq". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, amerikalılar heç bir prespektiv vəd etməyən, cırtdan bir ölkəyə yatırım qoyası deyillər: "Ölkəsinin cəlbediciliyini artırmaq üçün Sərkisyanın gətirdiyi arqumentlər isə indiki dönəmdə onun əleyhinə işləyir, nəinki lehinə. Baxın, Sərkisyan deyir ki, Ermənistan "böyük bazarlara çıxışı" olan bir ölkədir və investisiya baxımından "əlverişli yolayrıcıdır". "Böyük bazar" deyəndə təbii ki, o, ilk növbədə Avrasiya İqtisadi Birliyini nəzərdə tutur. Ancaq Amerika sanksiya tətbiq etdiyi Rusiyanın liderliyi altında olan bir qurumla dolayı əməkdaşlıqda maraqlı ola bilərmi? Ermənistanda əksər strateji obyektlər Rusiyanın əlində olduğu halda ora yatırım yönəldərmi? Əlbəttə, yox. Oradakı erməni lobbisi nə qədər güclü olsa belə, amerikalılar buna getməyəcək. Ən yaxşı halda, sadəcə, indiyədək olduğu kimi ianə verməkdə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə