Bu gün Azərbaycanla Avropa İttifaqı arasında alt komitələrdən üçüncüsünün iclası baş tutdu. Sabah isə 4-cü komitənin iclası olacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, iki həftə bundan əvvəl ticarət və iqtisadiyyat üzrə alt komitənin iclası keçirilib: "Biz hesab edirik ki, bu komitələrin iclası vasitəsilə azərbaycanlı həmkarlarımızla çox vacib məsələlərə dair fikir mübadiləsi aparmaq imkanı əldə edirik. Mən çox şadam ki, biz bu dialoqu yenidən başlamışıq. İlin sonuna yaxın nəqliyyata aid çox vacib məsələləri əhatə edən enerji alt komitəsinin iclasını keçiriləcəyinə ümid edirik".
M.Mard əlavə edib ki, iclasların sonunda müxtəlif sahələrə dair nəticələrin əldə olunacağına ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB