“Türkiyə -Rusiya münasibətlərinin yaxşılaşması Azərbaycan üçün müsbət hadisədir” RƏY
"Türkiyə -Rusiya münasibətlərinin yaxşılaşması region, ilk növbədə isə Azərbaycan üçün müsbət hadisədir". Bunu SİA -ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin yekunları və "Türk axını" sazişinin imzalanmasının əhəmiyyəti barədə danışarkən deyib.
Politoloq bildirib ki, bu gün Rusiya Türkiyənin qaz bazarının 60 faizindən çoxuna nəzarət edir: "Bu layihənin reallaşması faktiki olaraq hazırda Ukraynadan, Balkanlardan keçərək Türkiyəyə daxil olan qazın əvəzlənməsi olacaq. Eyni zamanda "Türk axını" Azərbaycan üçün bazarı məhdudlaşdırmır. Ona görə ki, Türkiyədən Avropaya keçəcək ikinci xətt hələ Avropa İttifaqının xeyir-duasını almalıdır. Halbuki, Azərbaycanın layihəsi dəstəklənib və Rusiyanın layihəsindən fərqli olaraq, inşa edilir".
R.Musabəyov ABŞ-ın Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına qarşı sərgiləyə biləcəyi mövqeyinə də toxunub: "Düşünmürəm ki, ABŞ açıq şəkildə bu məsələlərə müdaxilə edəcək və Türkiyə Rusiya münasibətlərinə gərginlik gətirəcək. Amerika nə edə bilər axı?! Gəlib Türkiyədə çevrilişmi təşkil edəcək?! Türkiyə müstəqil və kifayət qədər özünə arxayın olan bir dövlətdir və qonşuları, o cümlədən Rusiya ilə siyasətini ABŞ-ın diqtəsi ilə qurmur. Amma təbii ki, Türkiyə NATO-nun üzvüdür, orda götürdüyü bütün öhdəliklər qüvvədədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB