Üzeyir Cəfərov: “Azərbaycanın mövqeyi dəyişməzdir” AÇIQLAMA

Üzeyir Cəfərov: “Azərbaycanın mövqeyi dəyişməzdir” AÇIQLAMA

"Hesab edirəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox mühüm mesajlar verdi". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, dövlət başçsının verdiyi mesajlar Azərbaycan cəmiyyəti tərəfindən çox güclü dəstək alır: "Xüsusən Prezidentin beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı ədalətsiz, Azərbaycanın milli maraqlarına zidd olan mövqe tutmağa səsləməsi fikri hesab edirəm ki, bütün siyasilər, mətbuat, cəmiyyət tərəfindən son dərəcə ölkə başçısına dəstək formasında vüsət almalıdır. Nə mənada? Yəni ölkə rəhbəri onsuz da imkan verməyəcək ki, beynəlxalq qurumlar Azərbaycanın milli maraqlarına ziddi olan hər hansı bir addım atsınlar. Amma Azərbaycan xalqı, ictimaiyyəti, mətbuatı, cəmiyyəti də bu məsələdə ölkə başçısına hərtərəfli dəstək olmalıdır. Birmənalı olaraq ermənilər, Amerika, Rusiya, Fransa da ATƏT-in Minsk qrupunun həmsədrləri kimi başa düşürlər ki, Azərbaycan heç vaxt ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Çünki bu mümkün deyil. Ermənilər bir dəfə öz müqəddəratını həll ediblər və bununla da məsələ bitib. Bundan sonra ermənilərin o xülyalarla yaşaması real olmayacaq və hamısı boş şeylərdir.

Ü.Cəfərov əlavə edib ki, prinsip etibarilə Ermənistan cəmiyyətində də başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi onları xeyli inkişafdan saxlayıb: "Bu mənada hesab edirəm ki, ölkə başçısı bir daha erməni cəmiyyətinə, ictimaiyyətinə, xüsusilə beynəlxalq qurumlara bəyan etdi ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı tutduğu mövqe dəyişməzdir. Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə