Rusiya Prezidenti Vladimir Putinin Fransa səfərindən imtina etməsinin səbəbi açıqlanıb. SİA-nın RİA Novosti-yə istinadən məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov səfərin təxirə salınmasının tədbirlər proqramının dəyişdirilməsi ilə əlaqələndirib.
"Prezident Putin səfəri təxirə salmaq barədə qərar qəbul edib. Söhbət ondan gedir ki, Rusiya Mədəniyyət Mərkəzinin açılması, sərginin təşkili və proqramda nəzərdə tutulan bir sıra digər tədbirlər proqramdan çıxarılıb. Ona görə də dövlət başçısı hələlik səfərin təxirə salınması barədə qərar qəbul edib"- deyə, Peskov əlavə edib.
O, bu tədbirlərin proqramdan çıxarılmasının səbəbini Fransa təfəindən soruşmağın lazım olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB